Azərbaycanda din deformasiyaya uğrayıb




Azərbaycanlıların dini radikal birləşmələrin toruna düşüb, cinayət törətməsi ilk hal deyil. 

Bu barədə Sherg.az-a İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay bildirib.

 Ekspertin sözlərinə görə, bütün dünyada hazırda dini ekstremizm və radikalizm böyük problemə çevrilib

" Bunlar terrora və təxribatlara gətirib çıxarır. Bu məsələ dinindən, ərazisindən, nüfuzundan asılı olmayaraq çox ölkələrdə məsələ gündəmdədir. Bunun yaranma səbəbi dinin deformasiyaya uğramasıdır. Təməl İslam dininin transformasiyası sayəsində bu cür xoşagəlməz hallar güclənir. Təriqətçilik, dinin bölünməsi, budaqlara ayrılması nəticəsində ifratçılıq artır. Terrorçuluq özü də bir mənbədir. Bu formada müxtəlif ölkələrdən onlar özlərinə nümayəndələr cəlb edirlər. Elə İŞİD təşkilatının özü bu əsasla yaranıb. Müxtəlif vasitələrlə özlərinə tərəfdar toplayıb və miqyasını böyüdüb. Azərbaycanda təkcə İŞİD-in qurbanı olan, Suriyaya getməyə çalışan kifayət qədər vətəndaşın dəfələrlə məhkəməsi qurulub. Bu səbəbdən son hadisə elə də təəccüblənəcək məsələ deyil. Terrorçuluğun qarşısının alınması üçün cəmiyyətdə və dövlətdə görülən tədbirlər gücləndirilməlidir".

Qeyd edək ki, Azərbaycanda keçirilən antiterror əməliyyatı zamanı radikal islamçı Ramiq Rəhimov məhv edilib.

Aysel Aslan