Marketlər ayı ziyanla başa vurur- BAHALAŞMA




Hazırda böyük marketlər aylıq işlərini ziyanla başa vururlar. 

Bunu Sherg.az-a ərzaq məhsullarının bahalaşma səbəbini izah edərkən iqtisadçı ekspert Fuad İbrahimov söyləyib. 

Ekspertin sözlərinə görə, ilin sonu yaxınlaşdıqca vergi, rüsum xərcləri də meydana çıxır və mağazaların xərcləri daha da artır

" Bu səbəbdən idxal olunan ərzaq məhsullarının qiymətləri durmadan artır. Biznes mühitinin ağır tənəzzülündən xilas olmanın yeganə yolu isə kompleks şəkildə islahatların aparılmasıdır. Təəssüf ki, hazırda bu reallaşdırılmayıb. Hər hansı müsbət addım atılsa, iqtisadçılar da müsbət proqnoz verə biləcək".

Qeyd edək ki, son zamanlar bankların və bir sıra iri müəsisələrin bağlanması işsizliyin artmasına səbəb olub.

 Ayyət