Məşhur iş adamı 210 milyon dollarlıq sərvətini 80 kəndlisinə bağışladı





Dünyanın məşhur pivə markasının sahibi ispan Antonio Fernandez Rodriguez ölmündən əvvəl sərvətini kəndindəki 80 nəfərə vəsiyyət edib. Rodriguezin ölümüylə 80 kəndli 210 milyon dollar sərvətin sahibi olub.
Dünyanın məşhur "Corona" pivə markasının istehsalçısı Grupo Modelo şirkətinin qurucusu ispan işadamı Antonio Fernandez Rodriguez keçən ilin avqust ayında - 98 yaşında həyatını itirib.
İngilis "The Telegraph” qəzetinin xəbərinə görə, ispan mənşəli Meksikalı iş adamı Antonio Fernandez Rodriguez fərdi sərvətini İspaniyada doğulduğu Cerezales deş Condado kəndində doğulub, yaşayanlara bağışladı.

Cerezales deş Condado kəndində doğulub yaşayan 80 nəfəri təsbit edən məşhur iş adamı, 210 milyon dollarlıq sərvətini həmin kəslər arasında bölüşdürdü. Kənddə yaşayan 80 sakindən hər biri 2.6 milyon dollar sərvətin sahibi oldu.
Kənd sakini Maximino Sanchez, "Heç bu qədər pula sahib olmamışdıq. Antonio olmasa heç bir zaman da olmayacaqdıq" deyə danışır. İspaniyanın Cerezales deş Condado kəndində 13 uşaqlı bir ailənin 11-çi uşağı olaraq doğulan Antonio Fernandez Rodriguez ailəsinin məktəb xərclərini qarşılaya bilməməsi səbəbiylə 14 yaşında olanda məktəbi buraxıb. Daha sonra Meksikaya köçən Rodriguez 32 yaşında Grupo Modelo şirkətinin başçısı olub. Rodriguez "Corona" marka pivəni Meksikanın ən məşhur pivəsi halına gətirərək böyük müvəffəqiyyət qazanır.
Əngəlli uşaqlar üçün gördüyü işlərə görə İspaniya Kralı Juan Carlos tərəfindən qürur nişanına layiq görülən Rodriguez, 2009-cu ildə kəndinin adına bir vəqf qurmuşdu. Kəndində yaşayanların həyat səviyyəsini yüksəltmək üçün çalışan iş adamı Rodriguez bu vəqfdə çalışan 300 nəfərə də sərvətinin bir hissəsini bağışlayıb.