Saakaşvili ukraynalıları yeni Maydana çağırdı




Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna xalqını hakimiyyətə etiraz etməyə çağırıb. Modern.az xəbər verir ki, siyasətçi şəxsi Facebook səhifəsindən ukraynalılara çağırış edib.

Əziz dostlar!

"Dəyişiklik gözləməkdən yoruldum. Ukraynanın taleyini düşünən hər kəsi bu bazar hakimiyyətə qırmızı vərəqə göstərmək üçün meydana dəvət edirəm. Bu iki il ərzində Ali Rada göstərdi ki, Ukraynanın çox əhəmiyyətli problemlərini həll etmək iqtidarında deyil və bunu istəmir. Maydanın heç bir tələbi yerinə yetirilmədi. Necə oğurluq edirdilərsə, elə də davam edirlər. Biz mövcud konstitusiya çərçivəsində yeni seçkilər tələb edirik. Bu qış onların Radadakı son qışı olmalıdır. Mütləq gəlin”.