24 azərbaycanlının Rusiyada saxlanılmasında siyasi çalar yoxdur
20:52 18.01.2016
Arxiv
613
“Rusiya hökumətinin konkret niyyəti ölkə ərazisindəki qeyri-qanuni miqrantların sayını azaltmaqdır”
Rusiyanın Federal Miqrasiya Xidməti İnquşetiya respublikası ərazisində qeyri-qanuni yaşayan və işləyən 24 Azərbaycan vətəndaşını saxlayıb. Rusiya KİV-nə istinadən aldığımız xəbərə görə, Malqobek rayonu ərazisində saxlanılan azərbaycanlılar barədə inzibati tədbirlər götürülüb.
Rayon məhkəməsinin qərarı ilə onlar Rusiya ərazisindən vətənlərinə deportasiya olunublar. Həmyerlilərimizin İnquşetiyadan deportasiyasının arxasında heç bir siyasi məqsəd dayanmadığını vurğulayan Azər Allahverənov deyib ki, Rusiya Federal Miqrasiya Xidməti vaxtaşırı olaraq, müxtəlif ərazilərdə qanunsuz miqrantlarla bağlı reydlər keçirir: "Bu zaman da bu və ya digər ölkədən olan qanunsuz miqrantlar aşkarlanaraq öz ölkələrinə göndərilir. Bu mənada Rusiya FMX-nin fəaliyyətində hər hansı bir siyasi çalar olduğunu düşünmürəm. Çünki Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəni hər zaman prioritet vəzifələrdən biri hesab edib. Demək olar ki, bu sahədə həyata keçirilən dövlət siyasəti daha intensiv və daha məqsədyönlü olur. Qeyri-qanuni miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirmə elementlərinin artırılması da deməyə əsas verir ki, Rusiya hökumətinin konkret niyyəti ölkə ərazisindəki qeyri-qanuni miqrantların sayını azaltmaqdır”.
Aşkarlanan qanunsuz miqrantlar arasında azərbaycanlıların bir o qədər də çoxluq təşkil etmədiyini vurğulayan ekspert deyib ki, statistikada həmyerlilərimiz ikinci onluğa da daxil olmurlar: "Ümumiyyətlə, İnquşetiya respublikasında qanunsuz yaşayan və əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantların sayının elə də çox olmadığını vurğulayan A.Allahverənov deyib ki, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlara Rusiyanın istənilən vilayətində, istənilən Federasiya subyektində rast gəlmək olar: "Amma həmyerlilərimiz daha çox Rusiyanın iri şəhərlərində kompakt yaşayırlar. Qeyri- qanuni əsaslarla yaşayan azərbaycanlı miqrantlar digər millətlərdən və dövlətlərdən olan miqrantlardan xeyli dərəcədə azdılar. Elə dövlətlər var ki, onların adı Rusiyanın miqrasiya hesabatlarında qırmızı xətlə keçir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət