2400 yaşı olan məzarlıqdan çıxarıldı - FOTOLAR

Çinin mərkəzində 2400 illik bir çuxurdan 90 at skeleti və döyüş arabası çıxarıldı.
3000-dən çox məzar və 18 adət döyüş arabası və at qalıqları olan bir qəbiristanlıqda ortaya çıxarılan bu tarixi qalıqların, e.ə. 770-476-cı illər arasında hökm sürmüş Spring və Autumn Hökmdarlığına aid olduğu sanılır.
Mövzuyla əlaqədar danışan Henan Əyaləti Mədəniyyət Mirası və Arxeologiya İnstitutu Başçısı Ma Juncai, "Ana məzar yağmalanmış və hələ yazılı qeyd tapıla bilmədiyi üçün məzarın sahibini təsbit etmək çətindir" deyib. Atların öldürüldüyü, daha sonra çuxurun içinə qoyulduğu düşünülür.
Ən böyük at arabasının günəş və yağışdan qorunan olduğu, bunun da hökmdara aid olduğu təxmin edilir.
Bu maraqlı qazıntı ilə əlaqədar daha detallı işlər davam edir.
Turan