Azərbaycan Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanata münasibət bildirib. XİN bu hesabatı qəbuledilməz hesab edib: "Prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası və seçki haqqında qanunvericiliyi əsasında azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilmiş və Azərbaycan xalqı sərbəst və şüurlu şəkildə öz iradəsini ifadə edib. Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli dövlətlərin əməkdaşlıq şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib. Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat kampaniyalarının aparılması və sərbəst toplaşma və özünü ifadə azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf şəkildə həyata keçirilib. Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdiyi kimi Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olub. Seçki prosesinin təşkili bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Hökuməti qəbul etdiyi beynəlxalq öhdəliklərinə uyğun olaraq demokratik prosesin vacib elementi olan seçkilərin keçirilməsinin daha da təkmilləşdirilməsi istiqamətində nəzərəçarpacaq dərəcədə nailiyyətlər əldə edib. Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verildiyi təqdirdə, bu barədə Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz. Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir. Bir daha qeyd etmək istərdik ki, Avropa Parlamenti, AŞPA və İƏT daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti və eyni zamanda Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın keçirdiyi "exit poll” sorğuların nəticələri hazırkı Prezident İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyirlər”.
XİN ABŞ Dövlət Departamentinin bəyanatına cavab verdi
17:08 11.10.2013
Arxiv
599
"Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib
15:52 23.12.2024
Siyasət
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
15:40 23.12.2024
Siyasət
Selçuk Bayraktaroğlu Azərbaycanda səfərdədir - VİDEO
15:35 23.12.2024
Hərbi
Fidan Suriyada olduğu vaxt Xamenei üsyana çağırdı
15:17 23.12.2024
Dünya
Masallıda ev yandı - Xəsarət alan var
15:11 23.12.2024
Hadisə
Bakıda tutulan fransız casus MƏHKƏMƏYƏ ÇIXARILDI
14:40 23.12.2024
Hadisə
Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı
14:23 23.12.2024
Cəmiyyət
Valentina Matviyenko İlham Əliyevi təbrik edib
14:11 23.12.2024
Siyasət
Niyə əsnəyirik? Alimlərin 3 nəzəriyyəsi var!
13:59 23.12.2024
Sağlamlıq
Analitik: Zəngəzur dəhlizinin açılması əsas şərtdir və qaçılmazdır
13:55 23.12.2024
Dünya
Mask ABŞ prezidenti ola bilməz - Tramp
13:43 23.12.2024
Dünya
Balaca qorilla etibarlı əllərdədir: "Balacanın vəziyyəti yaxşıdır"
13:33 23.12.2024
Hadisə
Zelenskidən xahiş etdim ki, onu tənqid etməsin - Rutte
13:23 23.12.2024
Dünya
Lukaşenko prezident seçkilərində namizəd kimi qeydə alınıb
13:17 23.12.2024
Dünya
Pirotexniki vasitələrin satışına görə 11 nəfər saxlanılıb
13:10 23.12.2024
Hadisə