Azərbaycan Təbii qazla təmin olunan abonentlərin sayı 1 580 474-ə çatıb. Dövlət Neft Şirkətinin (ARDNŞ) verdiyi məlumata görə, oktyabr ayının 1-ə kimi ölkə üzrə təbii qazla təmin olunan abonentlərin 1561399-u əhali, 19075-i isə qeyri-əhali abonentidir. Həmin abonentlərin 684154-ü Bakı şəhəri (674291 əhali, 9863 qeyri-əhali abonenti), 896320-i isə regionların (887108 əhali, 9212 qeyri-əhali abonenti) payına düşür.
Bundan başqa 1 sentyabr 2013-cü il tarixə olan son məlumata əsasən, əhali kateqoriyasına aid abonentlərinin mənzillərində 793383 ədəd "smart-kart” tipli sayğac quraşdırılıb.