Prezident tapşırıq verdi

Azərbaycanda bütün məscidlərə təbii qaz təmənnasız veriləcək

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə bütün məscidlərə və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək. Bu barədə xəbər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi saytında yer alıb. Dövlət başçısının tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.