Motosiklet yük maşınının altına girdi

Hadisə zamanı sürücüsü öldü

Lənkəranda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən saat 15:30 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkəran rayon Tükəvilə kənd sakini, 45 yaşlı Seyran Aslan oğlu Mirzəyevin idarə etdiyi "Muravey” markalı motosiklet rayonun Cil kənd sakini, 23 yaşlı Ramiz Tahir oğlu Tağızadənin idarə etdiyi "KamAZ” markalı yük avtomobilinin altına girib. Nəticədə çoxsaylı bədən xəsarətləri alan motosikletin sürücü hadisə yerindəcə dünyasını dəyişib. Hadisə yerinə gələn Lənkəran şəhər polis şöbəsinin və DYP əməkdaşları qəzanın baş vermə səbəblərilə bağlı hələlik heç bir versiya bildirməyib.