Amerikalı həmsədri Azərbaycana gəlib

Ceyms Uorlikin rəsmi şəxslərlə görüşlər nəzərdə tutulub

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana gəlib. Oktyabrın 20-də Bakıya səfər edən həmsədr qısamüddətli səfəri zamanı Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Qeyd edək ki, noyabrın əvvəllərində isə ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçilik səylərinin davamı, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məqsədilə bölgəyə səfər etməyi planlaşdırırlar.