Bakı Metropolitenində bomba həyacanı yaşanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, nazirliyin”112” qaynar telefon xəttinə Bakı Metropoliteninin "Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. FHN-nin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.