Dünən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Sok-İnni qəbul edib. Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərə görə, qonağı salamlayan nazir DİN-in funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib. O qeyd edib ki, müstəqilliyin ilk illərində ölkəmizdəki gərgin ictimai-siyasi durum, Ermənistanın hərbi təcavüzü, ayrı-ayrı qruplara, şəxslərə məxsus silahlı dəstələrin hakimiyyət uğrundakı mübarizəsi kriminogen duruma öz mənfi təsirini göstərmiş, həmin dövrdə cinayətkarlıq ən yüksək həddə çatmışdı. Ötən əsrin 90-cı illərinin ortalarından aparılan demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan nazir demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Çoi Sok-İnn ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə etmiş, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qaldırılması üçün səylərini əsirgəməyəcəyini deyib. Görüşün sonunda nazir Ramil Usubov və səfir Çoi Sok-İnn "Azərbaycan Respublikasının Hökuməti və Koreya Respublikasının hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” imzalayıblar.
Ramil Usubov saziş imzaladı
18:35 24.10.2013
Arxiv
495
Nazir Coi - İnni qəbul edib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tələbələrə vahid tələbə kartı veriləcək
22:35 23.12.2024
Cəmiyyət
Rusiyada Youtube-un trafikində kəskin azalma - SƏBƏB
22:27 23.12.2024
Dünya
Bakıda uçqun baş verib, ölən var
22:17 23.12.2024
Hadisə
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla milyonlarla avroluq layihələri dayandırdı
22:11 23.12.2024
Dünya
Səhiyyə Nazirliyində keçirilən əməliyyatda 6 nəfər saxlanıldı
22:05 23.12.2024
Cəmiyyət
Paşinyan Sarkisyan və Köçəryanı debata çağırdı
22:00 23.12.2024
Siyasət
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb
21:51 23.12.2024
Hadisə
Qaqauziya rəhbəri Sandunu prezidenti kimi tanımadı
21:42 23.12.2024
Siyasət
İsraildən Dəməşqə mesaj: Bu ərazilərdən çıxmayacağıq!
21:36 23.12.2024
Dünya
Fikonun Rusiyaya səfəri ölkəni qarışdırdı
21:10 23.12.2024
Siyasət
Bir neçə ölkə Putinlə Trampın görüşünü təşkil etmək istəyir
21:04 23.12.2024
Dünya
"Bakı Metropoliteni" QSC-nin yeni sədri kollektivə təqdim edildi
20:52 23.12.2024
Cəmiyyət
Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib
20:43 23.12.2024
Siyasət
Siyasi böhrandan yeganə çıxış yolu yeni seçkilərdir - Zurabişvili
20:37 23.12.2024
Gündəm
Netanyahu: İranın "şər oxu"nu məhv edəcəyik
20:32 23.12.2024
Dünya
"WhatsApp" Rusiyada bloklana bilər - TARİX
20:26 23.12.2024
Dünya
İsxak Hersoq Azərbaycan liderinə təbrik ünvanlayıb
20:20 23.12.2024
Siyasət
Türkiyədən yeni sülh təşəbbüsü - İstanbul növbəti görüşə hazırdır
20:13 23.12.2024
Siyasət
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
20:06 23.12.2024
Sosial
Dekabrın 25-də MDB ölkələri liderlərinin görüşü keçiriləcək
19:54 23.12.2024
Siyasət