Hələ Məkkədə qalan zəvvarlarımız var

Oktyabrın 29-dək bütün ziyarətçilərin vətənə qayıtması gözlənilir



Azərbaycandan Həcc ziyarətinə getmiş zəvvarların iki qrupu artıq Vətənə dönüb. Qafqaz Müsəlmanları İdarəsi xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovdan aldığımız məlumata görə, azərbaycanlı zəvvarları gətirən təyyarələrdən biri srağagün, ikincisi isə dünən səhər saatlarında Bakıya enib. Növbəti təyyarə reysi bu gün həyata keçiriləcək. Sonrakı günlərdə isə reyslər ardıcıllıqla həyata keçiriləcək və oktyabrın 29-dək bütün zəvvarlarımızın Azərbaycana qayıtması gözlənilir. M.Payızov bildirdi ki, hazırda azərbaycanlı zəvvarlardan hələ Məkkədə qalanları da var, artıq Mədinəni ziyarət edənlər də. Məkkədə olan zəvvarlarımız da hissə-hissə Mədineyi-Mükərrəməyə gələcək və bu şəhərdəki müqəddəs məkanları, o cümlədən əziz peyğəmbərimizin (s.ə.s) məzarını və Məscidi-Nəbəvini ziyarət edəcəklər.