Rusiya ombudsmanı narazıdır

“Zeynalova qarşı qəddarlıq daxili işlər orqanlarının səhvidir”

Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin Yeqor Şerbakovu öldürməkdə təqsirləndirilən Orxan Zeynalovla bağlı açıqlama verib. "Komsomolskaya pravda”nın verdiyi məlumata görə, ombudsman bildirib ki, Orxan Zeynalovun saxlanılması zamanı ona qarşı qəddar rəftar heç bir qanuna uyğun deyil: "Orxan Zeynalova qarşı qəddarlıq qanunsuzdur. O, əməliyyatçılara heç bir müqavimət göstərməyib. Bu, daxili işlər orqanlarının səhvidir. Hazırda onunla bağlı istintaq aparılır və ona qarşı heç bir zorakılıq tətbiq edilmir”.