Jirinovski qafqazlılar haqqında dediklərinə aydınlıq gətirib

“Nə qədər ki, uşaq sayı ikidən aşağı salınmayacaq, terror qələbə çalacaq”



Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Qafqaz haqqında dediklərinə aydınlıq gətirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Jirinovski Şimali Qafqaz respublikalarında doğuma nəzarət haqqında dediyi sözlərin şəxsi fikirləri olduğunu deyib: "Mən fikrimi söyləmişəm, məhz fikrimi. Nə qədər ki, doğuma heç bir nəzarət olmayacaq, nə qədər ki, uşaq sayı ikidən aşağı salınmayacaq, terror qələbə çalacaq. Buna görə də, doğuma nəzarət etmək lazımdır. Faşizm bunun harasındadır, hardadır pozuntu, hardadır ekstrmizm?”. Jironovski bu fikrin qanun layihəsi olmadığını sadəcə təklif olduğunu bildirib.