İranda prokuror öldürülüb

Basqınçılar hadisə yerindən qaça biliblər



İranın Sistan-Bəlucistan əyalətinin Zabül şəhərinin prokuroru Musa - Nuri Qələno noyabrın 6-da öldürülüb. Lent.az-ın "”Mehr”-ə istinadən məlumatına görə, Musa Nuri -Qələno Tehran vaxtıyla səhər saat 8-ə 15 dəqiqə qalmış avtomobildə işə gedərkən bir avtomobil onun maşınına yaxınlaşıb və sərnişinlərinin kimliyi bəlli olmayan həmin avtomobildən prokurorun maşınına dalbadal atəş açılıb. Mənbə bildirib ki, "Kalaşnikov” avtomatından açılan atəş nəticəsində prokuror və sürücüsü həlak olub. Basqınçılar hadisə yerindən qaça biliblər. Hadisənin məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Musa Nuri-Qələno iki həftə əvvəl jurnalistlərə açıqlamasında demişdi ki, Sistan-Bəlucistanda qanunsuz fəaliyyət göstərən "Condollah”, "Ceyşül- ədl” və başqa silahlı qruplaşmalarla bağlılığına görə tutulan 16 məhbus bəluc dar ağacından asılıb. Prokuror onu da bildirmişdi ki, bu edamları yerli müxaliflərin Pakistanla sərhəddə 18 nəfər İran sərhədçisini öldürməsinin əvəzini çıxmaq üçün əerçəkləşdiriblər.