Müdafiə naziri tanklarımızı cəbhəyə göndərdi

Zakir Həsənovun növbəti tədbiri ordu hissəsinin dislokasiyası ilə bağlı olub

General-polkovnik Zakir Həsənovun müdafiə naziri təyin ediləndən sonra həyata keçirdiyi kadr islahatları cəmiyyətdə maraqla qarşılanır. Yeni nazirin həyata keçirdiyi təyinatlar haqqında informasiyaları media əldə etdiyi qədər həvəslə işıqlandırmaqdadır. Qafqazinfo xəbər verir ki, nazir Zakir Həsənov tərəfindən həyata keçirilən növbəti tədbir bu dəfə ordu hissəsinin dislokasiyası ilə bağlı olub. Belə ki, nazirin əmri ilə Pereşkül və Nasosnudakı hərbi hissələrdə yerləşən tank taborlarının yeri Bərdə Korpusuna dəyişdirilib. Bərdə Korpusuna daxil olan hərbi hissələrin bir hissəsi cəbhə xəttində yerləşdiyi üçün bu dəyişikliyi tankların cəbhə xəttində irəli çəkilməsi kimi də xarakterizə etmək olar.