“İran sərhədi qısa zaman ərzində açılacaq”

Sərhəd keçid məntəqəsində yaranan problem bir həftə keçməsinə baxmayaraq həllini tapmayıb

Azərbaycanın qonşusu İran İslam respublikası ilə iki sərhəd keçid məntəqəsində yaranan problem bir həftə keçməsinə baxmayaraq həllini tapmayıb. İki ölkənin sərhədçilərinin keçirdikləri görüş nəticəsiz başa çatıb. Bundan əziyyət çəkən isə sadə vətəndaşlardır. Bir həftədən çoxdur ki, Biləsuvar və Culfa sərhəd keçid məntəqələrində gediş gəliş edən vətəndaşlar sadəcə gözləmə mövqeyi tutublar. İranın Azərbaycandakı səfiri Möhsun Pakayin sərhəddin qısa zaman ərzində açılacağını bildirib. Azərbaycan tərəfindən isə bu günə qədər məsələ ilə bağlı heç bir rəsmi açıqlama olmayıb.