İki məktəblini maşın vurdu

Bakı-Qazax-Gürcüstan yolunun 412 km-də baş verən hadisə nəticəsində şagirdlərdən biri ölüb



Tovuzun Əyyublu kəndində 2 məktəblini maşın vurub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Bakı-Qazax-Gürcüstan yolunun 412 km-də baş verən hadisədə 11 yaşlı Yusifov İlqar Nəsib oğlu aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Digər məktəbli 9 yaşlı Cəfərova Aygün Akif qızı isə yüngül bədən xəsarət alıb və vəziyyəti qənaətbəxşdir.

Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi Kərim Məmmədovun bildirdiyinə görə, hadisə sürücü Əkbərov Nizami Ələsgər oğlu idarə etdiyi avtomobil ilə Əyyublu kəndindən Qazax istiqamətində hərəkət edərkən baş verib. Belə ki, sürücü qarşısına çıxan maşından yayınmaq üçün səkiyə çıxıb və iki məktəblini vurub. Hadisə ilə əlaqədar cinayət işi açılıb və faktla bağlı araşdırma aparılır.