Gənc qız ekspertizadan keçirilib

Bakıda qızını zorlayan kişinin işi necə oldu?



Bakı şəhərinin Suraxanı rayonu ərazisində 53 yaşlı kişinin doğma qızını zorlaması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan müraciətdən sonra araşdırmalar davam etdirilir. Lent.az-ın əldə etdiyi məlumata görə, Hövsan qəsəbə sakini 21 yaşlı A.S-nın atasının onunla zorla cinsi əlaqədə olmasını bildirməsi və gizli kamera vasitəsi ilə çəkilmiş video-kadrlardan sonra ilk olaraq psixoloji ekspertiza təyin edilib. Gənc qız ekspertizadan keçirilib. Bu ekspertiza nəticəsində 21 yaşlı A.S-nın ruhi-psixoloji durumu müəyyənləşəcək və əgər onun normal psixoloji vəziyyəti, videoların çəkilməsi və atasına qarşı münasibətdə anlaşıqlı vəziyyətdə olub-olmaması müəyyənləşməlidir. Məhz ekspertlərin verəcəyi rəydən sonra gənc qızın atasına qarşı iddiaları, təqdim edilmiş görüntülər əsasında müvafiq addımlar atılacaq.

Qeyd edək ki, 21 yaşlı qız məsələni ictimailəşdirdikdən, video-kadrları ailə üzvlərinə göstərdikdən sonra 53 yaşlı kişi evi tərk edib və bir daha geri qayıtmayıb. Onu da qeyd edək ki, bir neçə gün əvvəl KİV-də 53 yaşlı M.S-nın yaxalanması və təcridxanaya göndərilməsi barədə yanlış məlumat yayılmışdı.