Ermənistan parlamentində qondarma "Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi yenə səsvermədən keçməyib. Sözügedən qanun layihəsinin müzakirəsi qarşılıqlı ittihamlar şəraitində keçib. Nəzərinizə çatdıraq ki, Qarabağı müstəqil dövlət kimi tanımaq təklifi Ermənistan parlamentinə müxalifətdə olan "İrs” Partiyası çıxarıb. Amma millət vəkillərinin əksəriyyəti bildirib ki, belə tanıma münaqişənin sülh yolu ilə həllinə dair hazırda aparılan danışıqlara zərbə vurar. Bu baxımdan parlamentdəki fraksiyaların əksəriyyəti isə bu məsələyə dair səsvermədə iştirakdan imtina edib. Onu da qeyd edək ki, separatçı qurumun tanınması ilə bağlı Ermənistandakı müəyyən dairələrin dəfələrlə cəhdləri olsa da, son anda ölkə hakimiyyəti bundan çəkinib. Maraqlıdır ki, bu dəfə həmin məsələ iki gün parlamentdə müzakirə mövzusu oldu. İki ölkə prezidentlərinin görüşü ərəfəsində belə bir məsələnin parlamentin müzakirəsinə çıxarılması, istər-istəməz, müəyyən suallar doğurur. Yəni bu sadəcə nəyəsə hesablanmış bir oyun idi, yoxsa həqiqətən Ermənistan separatçı qurumun "müstəqilliyini” tanımaq istəyir? Hər iki halda bunun arxasında hansı məqsədlər dayanır? Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirlinin qənaətincə, Ermənistan müxalifəti qondarma Dağlıq Qarabağın müstəqilliyini tanınmasına çalışsa da, iqtidar heç vaxt buna yol verməz: "Bu mənada iqtidarla müxalifətin fikirləri üst-üstə düşmədiyi üçün müzakirələr son nəticədə fiaskoya uğrayır. Ermənistan iqtidarı fərqindədir ki, DQ-nin müstəqilliyinin tanınması ilə bağlı Ermənistan parlamenti qərar qəbul etsə, bu qərar nəticə etibarı ilə sülh danışıqlarının tamamilə kəsilməsinə gətirib çıxaracaq. Çünki Ermənistan parlamentində Qarabağın müstəqil dövlət kimi tanınmasından sonra Qarabağın işğaldan azad olunması ilə bağlı sülh danışıqlarının aparılmasına, ümumiyyətlə, ATƏT-in Minsk Qrupu formatına ehtiyac qalmayacaq. Belə olan halda isə "danışıqlar dalana dirənib” ifadəsi əvəzinə "danışıqlar prosesi tamamilə kəsildi” ifadəsi işlənəcək. Danışıq kəsilən anda isə müharibə qaçılmazdır. O müharibə ki, onun alovlanmasını nə ATƏT, nə də digər beynəlxalq qurumlar istəyir. Heç müharibənin başlanması Ermənistana da sərf eləmir. Çünki bu zaman ermənilər çox böyük fəlakətlərlə üzləşməli olacaq. Onlar bu reallığı çox gözəl bilirlər. Sadəcə DQR-in tanınması məsələsini zaman- zaman parlamentə daşımaqla Azərbaycana qarşı "oyun oynayırlar”. Onlar bu məsələni gündəmə gətirməklə ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək siyasəti yürüdürlər. Ermənistan iqtidarı göstərmək istəyir ki, müxalifət və digər ciddi qüvvələr DQR-in tanınmasını istəyir. Ancaq iqtidar bu aksiyanın reallaşmasına imkan vermir. Bununla da beynəlxalq ictimaiyyətdə işğalçı kimi bilinən Ermənistanın sülhpərvər obrazını formalaşdırmağa və realist bir siyasət yeridən tərəf kimi qəbul etdirməyə çalışırlar”. E.Nəsirlinin sözlərinə görə, DQR-in tanınması məsələsini müzakirəyə çıxaran tərəf - "İRS”-in özü də bilir ki, bu müzakirə baş tutmayacaq. Sadəcə onlar həm bizə qarşı təzyiq elementi kimi bundan istifadə edirlər, həm də bu yolla özlərinin təhlükəsizliyini qoruyurlar.
Ermənistan iqtidarı Qarabağın müstəqilliyini tanıya bilməz
22:25 15.11.2013
Arxiv
1375
“Bu məsələni parlamentdə qaldırmaqla oyun oynayırlar”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
11:58 06.01.2025
Hadisə
Juninyo bu tarixdə "Qarabağ"dan ayrılır
11:51 06.01.2025
İdman
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb
11:46 06.01.2025
Hadisə
Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
11:40 06.01.2025
Siyasət
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 26 əcnəbi saxlanılıb
11:34 06.01.2025
Hadisə
MİT İraqda əməliyyat keçirib, PKK üzvləri zərərsizləşdirilib
11:27 06.01.2025
Dünya
İranda zəlzələ oldu
11:07 06.01.2025
Dünya
Məktəblərdə 1 həftə dərs olmayacaq
11:00 06.01.2025
Cəmiyyət
İlham Əliyev sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
10:53 06.01.2025
Gündəm
Qonşumuzda hərbi xidmət 6 ay oldu
10:45 06.01.2025
Hərbi
Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü
10:38 06.01.2025
Hadisə
Rusiyaya PUA hücumu edildi
10:31 06.01.2025
Dünya
Qubada "Hunday" dərəyə aşdı
10:17 06.01.2025
Hadisə
“Qızıl Qlobus” 82-ci dəfə təqdim edilib
10:10 06.01.2025
Şou
Bu rayonlara qar yağıb -FAKTİKİ HAVA
09:55 06.01.2025
Cəmiyyət
Əş-Şara ABŞ-a iki xahişlə müraciət etdi
09:47 06.01.2025
Dünya
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
09:40 06.01.2025
Hadisə
Dolları boykot edən ölkələrin sayı açıqlandı
09:33 06.01.2025
İqtisadiyyat
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi azalıb
09:26 06.01.2025
İqtisadiyyat
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
09:19 06.01.2025
Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
09:10 06.01.2025
Cəmiyyət
Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb
08:53 06.01.2025
Dünya