Georgi Marqvelaşvili Saakaşvilinin yolunu gedəcək

“İnanıram ki, Azərbaycanla strateji əməkdaşlığımız daha da inkişaf edəcək”

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb. Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: "Azərbaycan prezidenti ilə mövcud olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.