Prezident nə ilə baxır?

Sarkisyanı rüsvay oldu

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağdakı terrorçu rejimin hərbi təlimlərində çəkilmiş fotoları "qarabağlı ermənilərin döyüş ruhunun yüksək, hərbi-texniki təminatının əla” olmasını göstərməli idi. Amma həmin fotolar S.Sarkisyanı rüsvay edib. Milli.az bildirir ki, fotolardan birində səngərdə olan Serj Sarkisyan qarşısındakı ADGUS müşahidə-nişanalma sistemi ilə zəndlə ordumuzun səngərlərinə baxır. Onun yanında isə tank əleyhinə daşınan raket qurğusu var. İş ondadır ki, S.Sarkisyanın "mətin baxış”larla baxdığı ADGUS sistemi Rusiya istehsalı olan "Konkurs” ("Qoboy”) tank əleyhinə raket kompleksinə aiddir. Ermənistan prezidentinin yanındakı tank əleyhinə raket kompleksi isə "Faqot”dur. Qarabağlı ermənilər iki kompleksi birləşdirərək "ən son hərbi texnika” görüşünü yaratmaq istəsələr də, komik mənzərə alınıb.