Anasını tikə-tikə doğrayıb özünü körpüdən atdı - DƏHŞƏT




Xırdalan şəhərində qətl hadisəsi baş verib.
Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 20-də şəhər sakini Daşqın İbrahimov münaqişə zəminində anası Nərgiz Əliyevanı baltalayaraq qətlə yetirib. Daha sonra D. İbrahimov özünü körpüdən ataraq intihar edib.

Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayaraq özünü körpüdən aşağı atıb.
Sherg.az-ın "Report"a istinadən xəbərinə görə isə 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.
Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.
Faktla bağlı cinayət işi başlanılıb.