Taksi sürücüsünü ölümlə hədələdi, polislər yaxaladı




Ağcabədi rayon sakinindən narkotik vasitə və soyuq silah götürülüb. 

Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 21-də Ucar rayon sakini Əlvan Əliyev Zərdab RPŞ-yə müraciət edərək həmin gün idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturan Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ehtiram Balakişiyevin onu bıçaqla öldürəcəyi ilə hədələməsini bildirib.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Balakişiyev saxlanılıb, ondan 1 bıçaq və 135 qram marixuana götürülüb.

Araşdırma aparılır.