Terror qurbanlarından biri türkdür - FOTO

Avtobusun altında hərəkətsiz qalan qadının Ayşa Frade olduğu bildirilir
İngiltərənin paytaxtı Londonda  yaşanan terror hücumunda həyatını itirənlərdən birinin  Şimali Kipr Türk Cümhuriyyəti  əsilli  Ayşa Frade olduğu iddia edilir.
Anası ispan, atası isə Kipr türkü olan 43 yaşlı Ayşa Fradenin  8 və 11 yaşlarında iki qızı vardı... "College London"da ispan dili  müəllimi olan Ayşa  Portuqaliya əslli İngiltərə vətəndaşı John Frade ilə evli idi...
Ailəsi və sevənlərinin böyük şok yaşadığı hadisədən sonra  Ayşa Fradenin Facebook hesabı xatirə səhifəsinə çevrilib.
DƏHŞƏTƏ SALAN GÖRÜNTÜDƏKİ QADIN AYŞA FRADE
 "Reuters" xəbər agenliyinin məlumatlarına görə, görüntülərdə  avtobusun altında hərəkətsiz şəkildə qalan qadının Ayşa Frade olduğu ifadə olunur. Hücumda indiyə  qədər 4 nəfər  həyatını itirib, yaralılar arasında 7 nəfərin  vəziyyətinin ağır olduğu ifadə olunur.
İngiltərəni qana bulayan hücumun ardından Baş nazir Mey, canlı yayımlanan verilişdə yaralılar  arasında 12 Britanya vətəndaşı,  fransız şagirdlər, iki Rumıniya, dörd Cənubi Koreya, iki Yunanıstan, bir Almaniya, bir Polşa, bir Çin və bir ABŞ vətəndaşı  olduğunu bildirib.
İngiltərədə doğulan təcavüzkarın gizli xidmət orqanı  olan "MI5" tərəfindən araşdırıldığı ortaya çıxıb.
Hücumda istifadə edilən avtomobilin  kirayəyə götürüldüyü bildirilir. Birmingemdə polis bir sıra  ünvana basqın təşkil edib, səkkiz nəfər  nəzarətə alınıb. Hücumu terörö təşkilatı - IŞİD-in törətdiyi ehtimal edilir.