Ekspert avtomobil qəzalarından xilas olmağın yolunu göstərdi: "Vəsait qoymalıyıq"




"Yol nəqliyyat hadisələrinin, qəzaların səbəblərindən ən böyüyü insanların özlərinə qarşı məsuliyyətinin azalması, nizam intizamın pozulmasıdır”.

Bunu Sherg.az-a yol nəqliyyat hadisələrinin artmasının səbəblərini şərh edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 

Ekspert xatırladıb ki, 4-5 il bundan əvvəl yol nəqliyyat hadisələrinə aid plenium keçirilib, məhkəmədə bu məsələyə baxılıb:

"Rəhbər işçilər, nazirlər çıxış etdilər ki, get-gedə nəqliyyat vasitələrinin artması, yollarda müəyyən qədər yol hərəkətinin təşkilinin düzgün olmamağı bu hadisələrə gətirib çıxarır. Müəyyən qədər azalma tempi də müşahidə olunur. Ola bilər ki, insanlar hava şəraiti ilə əlaqədar müəyyən dərəcədə yol nəqliyyat hadisələrinə ciddi fikir vermirlər, belə hadisələr yaşanır. Təsadüfi vəziyyətdə də belə qəzalar baş verir. Bu hadisələri azaltmaq üçün buna həddən artıq diqqətcil yanaşmaq lazımdır, səbəbləri axtarılıb, həll olunmalıdır. Həmin səbəbləri yaradan problemləri həll etmək üçün vəsait qoymalıyıq. Əksər ölkələrdə məhz belədir ki. qəzalar baş verdikdə onların səbəbləri araşdırılır, həmin ərazilərə, yaranan problemlərə vəsait qoyub, xərclər çəkilir. Və mövcud problemlər yoluna qoyulur".

Ayyət Əhməd