Zahid Oruc DİN-in fəaliyyətini yüksək qiymətləndirdi





Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. 

Sherg.az-ın xəbərinə görə, millət vəkili ilk öncə Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib: 

"Eyni zamanda, onu bildirməliyəm ki, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov ona edilən müraciətlərə həssaslıqla, operativ və peşəkarcasına yanaşır”. 

Z.Oruc vurğulayıb ki, vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailə qurduqdan sonra onlar Azərbaycan vətəndaşlığından məhrum edilirlər: 

"Çünki qanunvericilyimiz ikili vətəndaşlığı qadağan edir. Həmin şəxslər də sonradan müəyyən problemlərlə üzləşəndə Azərbaycanın vətəndaşlıq hüququndan istifadə edə bilmirlər. Biz 2014- cü ildə miqrasiya qanunvericiliyini sərtləşdirdik. Ona qədər isə qanun daha liberal idi. Nəzərinizə çatdırım ki, həmin azərbaycanlı qadınlar problemlə üzləşəndə insan alveri cinayətkarlarının daha asan qurbanına çevrilirlər. Ona görə də hesab edirəm ki, Miqrasiya Məcəlləsinə yenidən baxılmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın "məhrumetmə” fikirləri ilə razılaşmayıb: 

"Zahid müəllim, siz tez-tez çıxışlarınızda "məhrumetmə” sözlərini işlədirisiniz. Ona görə də məcburam ki, sizə cavab verim. Çünki Konstitusiyaya görə, heç kim vətəndaşlıqdan məhrum edilə bilməz. Sadəcə "Vətəndaşlıq haqqında” qanuna görə kimsə başqası ilə evlənirsə, onun vətəndaşlığı itirilir. Belə ki, Azərbaycandan gedirsə, avtomatik olaraq onların vətəndaşlığı aradan qaldırılır, ancaq məhrum edilmir”.

Birinci vitse-spiker həmçinin, mətbuata müraciət edərək vurğulayıb ki, hamı polisə dəstək olsa yaxşıdır : 
"Mən hamıdan, xüsusən də mediadan rica edirəm. Çünki polisin işi çoxdur və o bir çox sahələr qarşı mübarizə aparır. Hər şeyi onların üzərinə atmaq olmaz”.

Anar