Deputat narahatdır – “İnsan alveri qurbanlarının sayı artıb”




Milli Məclisin iclasında deputat Tahir Kərimli insan alveri qurbanlarının və uşaqların qeyri-qanuni əməyə cəlb olunması prosesinin artmasından narahat olduğunu deyib.

Sherg.az-ın məlumatına görə, ötən ilin hesabatında da uşaqların cinsi istismara qarşı mübarizə ilə bağlı xüsusi konvensiyanın hazırlanması nəzərdə tutulurdusa, bu ildə sənədə bu məsələ yenidən əksini tapıb: 

"Məslənin üstündən bir il keçsə də, problemin öz həllini tapmaması çox narahatedici məqamdır. Hesab edirəm ki, məsələ təcili olaraq öz həllini tapmalıdır. Uşaqların qeyri-qanuni əməyə cəlb olunması ilə bağlı da narahatlıq var. Əgər 2015-ci ildə 450 uşağın qeyri-qanuni əməyə cəlb olunması faktı müəyyənləşmişdisə, 2016-da bu fakt 600-ə qalxıb. Bu fakt bir daha bu sahədə ciddi problemlərin olduğunu göstərir”. T. Kərimli əlavə edib ki, xaricdən əmək miqrantları qeyri-qanuni yolla ucuz əməyə cəlb olunur: "Xarici ölkələrdən gətirilən əmək miqrantlarının ucuz əməyə cəlb olunması nəticəsində Azərbaycan vətəndaşalrı iş tapa bilmir. Odur ki, bu problemlər nəzərə alınaarq, ciddi nəticə çıxarılmalıdır”.

Anar