“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildi





Milli Məclisin bu günkü iclasında "Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilib. 

Sherg.az-ın xəbərinə görə, qanunun 8-ci maddəsinin üçüncü hissəsində "milli təhlükəsizlik,” sözləri "dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilib. Eyni zamanda qeyd edək ki, həmin sözlər daha 8 qanuna da şamil olunub.

Qanun layihələri səsə qoyularaq qəbul edilib