"Rusiya öz məqsədlərinə çatıb" - POLİTOLOQ




"Geosiyasi qarşıdurma fonunda Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağı haqqında gələcəyə perspektivli proqnoz vermək çətin məsələdir”.

Bunu Sherg.az-a Ukrayna prezidenti Pyotr Poroşenkonun "Rusiya 2018-ci ildə Ukraynaya müharibə elan edəcək" bəyanatını şərh edərkən politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, artıq Rusiya öz istədiyini edib:

"Bu dövlət öz məqsədlərinə çatıb. Krım yarımadası birləşdirilib, Rusiya tərəfindən Donbas əyalətinə yaxından dəstək göstərilir. Onları düşünmürəm ki, Ukraynaya qarşı iddiaları olsun. Hər halda rəsmi şəkildə şifahi formada bunu heç vaxt səsləndirməyiblər. Düşünürəm ki, hələlik bu barədə belə bəyanat vermək o qədər də əsaslı deyil. Bu, geosiyasi vəziyyətin gedişatından asılı olacaq. qarşıdurmanın hansı istiqamətdə getməsini yaxın gələcək göstərəcək”.

Qeyd edək ki, Ukrayna prezidentinin sözlərinə görə, Rusiya indiyə qədər Rus imperiyasının qanunları ilə yaşayıb. Bu səbəbdən Moskva Avropa seçiminə görə Ukraynanı cəzalandırmaq istəyir. Xüsusi halda, Kiyev və Varşavanın arasını vurmağa çalışır.

Aysel Aslan