Gəncləri Ərdoğanın görüşünə aparan avtobus aşdı: 3 ölü, 20 yaralı





Türkiyənin Adana vilayətində avtobus aşıb.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, avtobusdakılar Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək silsilə açılış mərasimlərinə gedirmiş.

Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Kozan rayonundan yola çıxan avtobusun sərnişinləri əsasən gənclərdən ibarət olub.
Sürünücün idarəetməni itirməsinə səbəb kimi yağışlı hava şəraiti göstərilir.
Yaralılar xəstəxanalara çatdırılıb.