"Ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımın şahidi olan Quba məzarlığında vəziyyət çox pis və acınacaqlıdır. Bu il sümüklər üzərinə şüşə örtük çəkilməsə, müvafiq tədbirlər görülməsə, məzarlıqdan əsər-əlamət qalmayacaq”. Bu barədə "Şərq”ə açıqlamasında Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, məzarlıq 2007-ci ildə olduğu kimi, aşkar edildiyi formada qalıb: "İndiyə qədər ərazidə müəyyən sürüşmələr gedib və sümüklərin bəziləri itib. Amma bu il mütləq sümüklərin üzərinə şüşə örtük çəkilməlidir. Bu nə vaxt ediləcək bilinmir. Artıq havalar soyumağa başlayır. Bu il də şüşə örtük çəkilməsə, məzarlığı tamamilə itirəcəyik”. Q.Ağayev məzarlığı çox çətinliklə, icra hakimiyyəti və institutun köməkliyi və primitiv üsullar ilə qoruyub saxladıqlarını vurğulayıb: "Bu nə vaxta kimi belə davam edəcək. Sümüklərdə sürətlə çürümə gedir. Onu qoruyub-saxlamaq imkanına malik deyilik. 2007-ci ildə açılan məzarlıqda 6 il ərzində heç bir iş görülməyib. Oranı nə qədər primitiv üsullarla qorumaq olar? Abidə açıq şəkildə küləyin, yağışın qarşısındadır. Vəziyyət çox pisdir”. Q.Ağayevin məzarlığın ermənilərin azərbaycanlılara qarşı etdikləri soyqırımını açıq şəkildə dünya ictimaiyyətinə göstərən yeganə soyqırım abidəsi olduğunu da əlavə edib: "Bəzən ermənilər həmin məzarlıqda yatanların azərbaycanlılar yox, erməni olduğuna dair fikirlər səsləndirirlər. Məzarlıq dağılsa, ermənilər sabah deyəcəklər ki, burada bir kompleks tikdilər, amma məzarlığı basdırdılar. Çünki orada yatan ermənilər idi. Ona görə də məzarlığın kompleksə köçürülməsinin tamamilə əleyhinəyəm”. Tədqiqatçı onu da qeyd edib ki, məzarlığın yaxınlığında inşa olunan "Soyqırım memorial kompleksi”ndə tikinti işləri başa çatıb: "Azərbaycan prezidenti İlham Əliyev kompleksin rəmzi açılışını göstərən lenti də kəsdi”.
Quba məzarlığında sümüklər çürüyür
23:17 22.11.2013
Arxiv
451
Qəhrəman Ağayev: “Bu il də şüşə örtük çəkilməsə, məzarlığı tamamilə itirəcəyik”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KTM: Bayram günlərində 40 nəfər zəhərlənib
12:17 06.01.2025
Sağlamlıq
KİV: HAMAS-ın azad edəcəyi 34 israilli məhbusun adları açıqlanıb
12:10 06.01.2025
Dünya
Ermənistanın Rusiyaya yolu tam bağlandı
12:04 06.01.2025
Dünya
“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
11:58 06.01.2025
Hadisə
Juninyo bu tarixdə "Qarabağ"dan ayrılır
11:51 06.01.2025
İdman
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb
11:46 06.01.2025
Hadisə
Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
11:40 06.01.2025
Siyasət
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 26 əcnəbi saxlanılıb
11:34 06.01.2025
Hadisə
MİT İraqda əməliyyat keçirib, PKK üzvləri zərərsizləşdirilib
11:27 06.01.2025
Dünya
İranda zəlzələ oldu
11:07 06.01.2025
Dünya
Məktəblərdə 1 həftə dərs olmayacaq
11:00 06.01.2025
Cəmiyyət
İlham Əliyev sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
10:53 06.01.2025
Gündəm
Qonşumuzda hərbi xidmət 6 ay oldu
10:45 06.01.2025
Hərbi
Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü
10:38 06.01.2025
Hadisə
Rusiyaya PUA hücumu edildi
10:31 06.01.2025
Dünya
Qubada "Hunday" dərəyə aşdı
10:17 06.01.2025
Hadisə
“Qızıl Qlobus” 82-ci dəfə təqdim edilib
10:10 06.01.2025
Şou
Bu rayonlara qar yağıb -FAKTİKİ HAVA
09:55 06.01.2025
Cəmiyyət
Əş-Şara ABŞ-a iki xahişlə müraciət etdi
09:47 06.01.2025
Dünya
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
09:40 06.01.2025
Hadisə
Dolları boykot edən ölkələrin sayı açıqlandı
09:33 06.01.2025
İqtisadiyyat
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi azalıb
09:26 06.01.2025
İqtisadiyyat
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
09:19 06.01.2025
Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
09:10 06.01.2025
Cəmiyyət