Bərdə sakini saxlanıb

O, bıçaqlanma hadisəsində şübhəli bilinir

Ötən günlərdə Bərdə rayon sakini Natiq Tağıyev Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, N.Tağıyev Beyləqan rayon sakini Tural Kərimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinir.