Stressi yaradan səbəblər və onun ağır nəticələri




Bildiyimiz kimi, stressin zehin və bədən üzərindəki təsirləri ürək xəstəlikləri olmaq üzrə yorğunluq, mədə, bağırsaq xəstəlikləri kimi fiziki xəstəliklərə ya da, depressiya, panika pozuqluğu kimi psixoloji problemlərə yol aça bilir.

Sherg.az xəbər verir ki, stressə səbəb olan bioloji faktorlara dövrü harmonik problemlərdən əlavə aşağıdakılar da aiddir:

-buraya yorğunluq, emosional reaksiya, əsəbilik və.s

-hamiləlik, sonsuzluq. Bu zaman qadınlarda müxtəlif harmonik dəyişikliklər baş verir ki, bu da onları daima böyük risk altında saxlayır;

-menopauza və.s.

Sosial - mədəni faktorlar isə bunlardır:

-rol müxtəlifliyi.Qadınların həyatda tutduqları vəzifə və çoxşaxəli məsuliyyətindən yaranan faktorlar.Bunları ailəli qadınlara aid edirlər.

-qeyri-bərabərlik təzyiqləri;

-fiziki hədə-qorxular və.s.

Psixoloji faktorlara isə aiddir:

-bacarıq mexanizmi bu, elə bir prosesdir ki, bu zaman qadınlar depressiyadan çıxmaq üçün ətraflı götür-qoy edirlər. Bu isə nəinki yüngüllük, hətta daha da ağırlaşma yaradır.

-stress cavabı. Qadınlarda kişilərə nisbətən depressiya zamanı və stress zamanı hormonlar yaranır ki, bu da depressiyanı artırır.

-cinsi yetkinlik və gözəllik problemləri - bu, əsasən yeniyetmə və gənc xanımlarda baş verir.
Onlarda özünəməxsus müxtəliflik hissi, forma dəyişiklikləri və yetkinlik hissləri depressiyanın yaranma mənbələrindəndir.

İnsanlar bəzən depressiyada olmalarına fikir vermədən yaşamağa davam edirlər. Halbuki bu onların həyatında ağır nəticələrə gətirib çıxara bilər. Bəs bunu necə bilmək olar?

Bu xəstəliyin əlamətlərini belə ayırd etmək olar:

-sıxıntılı vəziyyət;

-həyat məşğuliyyətinə olan maraqların sönməsi və həvəsdən düşmə;

-ümidsiz və günahkarlıq hissləri;

-özünü öldürmək duyğusu;

-az və yaxud çox yatmaq;

-arıqlama və iştahsızlıq.