Suriyada Əsəd rejiminə qarşı vuruşan ən böyük qruplaşmanın - "Ceyş əl-Mühacirin al Ənsar”ın ("Mühacirlər ordusu”) komandiri, Əmir Umar əl-Şişaninin əsl kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, Qərb kəşfiyyatının "The Wall Street Journal”a ötürdüyü xəbərlərdə həmin şəxsin Gürcüstanın Axmeta rayonunun Cokolo kəndindən olan Tarxan Baturaşvili olduğu bildirilir. Batiraşvili Pankisi dərəsində böyüyüb. Atası xristian, anası müsəlmandır. Orta məktəbi bitirdikdən sonra Gürcüstan ordusunda xidmət edib. Hərbi xidmət zamanı xüsusi kəşfiyyatçılar dəstəsinə götürülüb. Serjant rütbəsi alan Baturaşvilinin aylıq əmək haqqı 700 dollar təşkil edib. 2008-ci ilin avqustunda də hərbi münaqişə vaxtı cəbhə xəttində Rusiya tanklarının hərəkətini izləyən kəşfiyyat dəstəsində olub və onların koordinatlarını Gürcüstan artilleriyasına ötürülməsində önəmli rol oynayıb. 2010-cu ildə onda vərəm xəstəliyi aşkarlandığından, bir neçə ayını hərbi hospitalda keçirib. Sağaldıqdan sonra isə hərbi xidmətə yararsız sayılaraq, ordudan tərxis edilib. Atası deyir ki, Tarxan bundan çox məyus olubmuş. Onu hətta yerli polisə də işə götürməyiblər. 2010-cu ildə Baturaşvili qanunsuz silah gəzdirmə ittihamı ilə saxlanılıb və 3 illik həbsə məhkum edilib. Tutulduqdan 16 ay sonra, 2012-ci ilin əvvəlində azadlığa çıxıb və Gürcüstanı tərk edib. O, yaxınlarda ərəb saytlarından birinə müsahibəsində deyib: "Allaha vəd vermişdim ki, türmədən sağ çıxsam, özümü cihada həsr edəcəyəm”. Məlumata görə, Tarxan əvvəlcə Türkiyəyə keçib, bir müddət İstanbulda yaşayıb, sonra isə Suriyaya gedərək ən böyük cihad qruplaşmalarından birini, "Ceyş əl-Mühacirin al Ənsar”ı yaradıb. Bu qruplaşmanın tərkibində əsasən Şimali Qafqazdan və keçmiş SSRİ-nin müsəlman ölkələrindən olanlar vuruşur. Suriyada vuruşan azərbaycanlılardan ibarət dəstə də məhz "Ceyş əl-Mühacirin al Ənsar”ın tərkibindədir. Qruplaşmanın qərargahı Hələb yaxınlığındakı keçmiş həbsxanada yerləşir.
Suriyada döyüşən azərbaycanlıların komandiri bəlli oldu
23:19 25.11.2013
Arxiv
2219
Onun Gürcüstanın Axmeta rayonunun Cokolo kəndindən olan Tarxan Baturaşvili olduğu bildirilir
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanın Rusiyaya yolu tam bağlandı
12:04 06.01.2025
Dünya
“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
11:58 06.01.2025
Hadisə
Juninyo bu tarixdə "Qarabağ"dan ayrılır
11:51 06.01.2025
İdman
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb
11:46 06.01.2025
Hadisə
Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
11:40 06.01.2025
Siyasət
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 26 əcnəbi saxlanılıb
11:34 06.01.2025
Hadisə
MİT İraqda əməliyyat keçirib, PKK üzvləri zərərsizləşdirilib
11:27 06.01.2025
Dünya
İranda zəlzələ oldu
11:07 06.01.2025
Dünya
Məktəblərdə 1 həftə dərs olmayacaq
11:00 06.01.2025
Cəmiyyət
İlham Əliyev sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
10:53 06.01.2025
Gündəm
Qonşumuzda hərbi xidmət 6 ay oldu
10:45 06.01.2025
Hərbi
Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü
10:38 06.01.2025
Hadisə
Rusiyaya PUA hücumu edildi
10:31 06.01.2025
Dünya
Qubada "Hunday" dərəyə aşdı
10:17 06.01.2025
Hadisə
“Qızıl Qlobus” 82-ci dəfə təqdim edilib
10:10 06.01.2025
Şou
Bu rayonlara qar yağıb -FAKTİKİ HAVA
09:55 06.01.2025
Cəmiyyət
Əş-Şara ABŞ-a iki xahişlə müraciət etdi
09:47 06.01.2025
Dünya
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
09:40 06.01.2025
Hadisə
Dolları boykot edən ölkələrin sayı açıqlandı
09:33 06.01.2025
İqtisadiyyat
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi azalıb
09:26 06.01.2025
İqtisadiyyat
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
09:19 06.01.2025
Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
09:10 06.01.2025
Cəmiyyət
Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb
08:53 06.01.2025
Dünya