Qazax rayon prokurorunun müavini Cabir Qasımov dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Qazax rayon prokurorunun müavini Cabir Qasımov bir müddət əvvəl ürək əməliyyatı keçirmək üçün İrana gedib. O, İranda müalicə aldığı xəstəxanada bir neçə gün əvvəl dünyasını dəyişib. Baş Prokurorluq tərəfindən onun vəfat etməsilə bağlı başsağlığı verilib. C.Qasımovun nəşi ötən gün Azərbaycana gətirilərək doğulduğu İmişli rayonunda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.