Bakı şəhərində bir neçə gün əvvəl tələbə oğlunun axtarışına çıxan ananın intizarına son qoyuldu. Ancaq anaya çatdırılan xəbər onun gözləmədiyi qədər dəhşətli idi. Onun oğlunun Xəzər dənizindən şişmiş vəziyyətdə olan meyiti tapılıb. Söhbət bir neçə gün əvvəl şəxsi Facebook profilində özünü öldürəcəyini yazaraq evdən getmiş Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovdan gedir. Milli.Az-ın məlumatına görə, o, ötən şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.
Sonradan isə A.Məmmədov son sözlərini misralara töküb dostuna mesaj çəkmişdi:
"Aşuradan mənə nə?
Qiyamət qopdu mənimçün.
Minillik kimi keçməkdə hər saatım, hər günüm.
"Ümidim yox” dedikdə Varlığım geyindi qara
Çox asan görünür mənə
Həm Qiyamət, həm Aşura.
Deyil heç vecimə: Hücum edin şair-kafirə!
Ölüyə nə qorxu hücumdan?
Yalnız zərər yetişə kəfənə.
Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki "e bu nə dindar idi ki, intihar etdi?!” Amma vecimə də deyil”. Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycanda ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”. Bundan sonra A.Məmmədovdan səs-soraq çıxmayıb. Dünən isə onun meyiti Bakı bulvarında dənizdən sudan çıxarılıb. Daxili İşlər Nazirliyi Bakıda itkin düşən tələbənin meyitinin tapılması faktı ilə bağlı məlumat yayıb. Noyabrın 25-də Dənizkənarı Milli Parkın ərazisində dənizdə Bakı şəhər sakini Asim Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.