2012-ci ilin dekabr ayının 1-dən Qazaxıstanda yeni dövlət bayramı - Qazaxıstan Respublikasının birinci prezidentinin günü qeyd olunur. Belə bayram Qazaxıstanın yeniliyi deyil, dünyada çoxdandır ki keçirilir. Belə ki, Birləşmiş Ştatlarda 1880-ci ildən məşhur prezidentlər - Corc Vaşinqton və Avraam Linkolnun günləri qeyd olunurdu. 1971-ci ildən isə ABŞ konqressinin qərarı ilə vahid bayram - ABŞ Prezidentinin Günü təsis edildi. Belə bir ənənə İslandiya Respublikasında da mövcuddur. Türkiyə Cümhuriyyətində bir sıra milli bayramlar Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunub. Belə misalları çox gətirmək olar.
Qazaxıstanda bu bayram təklifi 2011-ci ilin dekabr ayında səsləndirilib. O zaman Qazaxıstanın parlamentinin plenar iclasında qəbul olunan qanun "Qazaxıstan Respublikasının bayramları haqqında” qanuna dəyişikliklər nəzərdə tuturdu: "Qazaxıstanın ilk prezidentinin xalq qarşısında mühüm xidmətlərini qeyd edən bayramını təsis etmək”.
Bu tarixin seçilməsinə tarixi zəmin və əsasını yaradan 1 dekabr 1991-ci ildə baş verən hadisə oldu: ilk ümumxalq seçki nəticəsində Nursultan Abişeviç Nazarbayev Qazax SSR-i prezidenti seçildi. O, yeganə namizəd idi və 88,2 faiz seçicilərin səs verməsi nəticəsində 98,7 faiz səs qazandı. İlk prezidentin ilk addımı 10 dekabr 1991-ci ildə qanun imzalayaraq Qazax SSR-i adını dəyişdirərək ölkəni Qazaxıstan Respublikası adlandırmaq oldu. Altı gün keçdikdə, yəni 1991-ci ilin dekabrın 16-da Ali Sovet Qazaxıstanın müstəqilliyini elan edərək, ölkənin suverenliyini təsdiq etdi. 1991-ci ilin dekabr ayının ilk günləri Qazaxıstan üçün həqiqətən dönüş və taleyüklü oldu və ölkənin inkişafı yollarını təyin etdi.
Bu gün qeyd etmək olar ki, müstəqillik dövrdə Qazaxıstan həyatın bütün sahələrində, xüsusilə sosial-iqtisadi istiqamətdə böyük nailiyyətlər əldə edib.
Müasir dünyada Qazaxıstan nüvə silahından könüllü imtina edən ilk ölkə kimi digərlərinə nümunədir. Bu dövlət Qazaxıstan xalqının Assambleyasını yaradaraq etnik tolerantlığın və ictimai razılığın unikal modelini yaratdı, müsəlman və MDB ölkələri arasında ilk olaraq 2010-cu ildə ATƏT-in rəhbərliyinə keçərək, SVMDO, ŞOS, Avrasia iqtisadi ittifaq, Gömrük İttifaqı kimi inteqrasiya və sülhməramlı proseslərinin generatoru olub. Bundan başqa Qazaxıstan bir sıra qlobal təşəbbüsləri irəli sürüb - Mərkəzi Asiya regionunun nüvə silahdan azad zonaya çevrilməsi, insanların inkişafı məsələlərinin müzakirəsi məqsədilə çoxfunksiyalı internet polatforması olan "G-GLOBAL” beynəlxalq intellektual institutunun yaradılması.2012-ci ildə Qazaxıstanın beynəlxalq sosial-iqtisadi reytinqində 50 ən müvəffəqiyyətli ölkələr sırasına düşməsi çox mənalı faktor idi. Qazaxıstan Respublikasının dünyada tanınması hadisələri də nəzərə çarpır. Belə ki, bu ölkə 2012-ci ildə BMT-nin insan hüquqları üzrə Şuranın üzvü seçildi, Qazaxıstanın paytaxtı Astana isə - beynəlxalq xüsusiləşdirilmiş "EXSPO-2017” sərgisinin keçirildiyi məkandır.
Yuxarıda qeyd olunanlar sübut edir ki, Qazaxıstanın müvəffəqiyyətləri birbaşa dövlət başçısının ideya və fəaliyyəti ilə bağlıdır. Qazaxıstanın lideri xalq üçün taleyüklü zamanda xalqın və vətənin taleyinə görə məsuliyyəti öz üzərinə götürərək, Qazaxıstanın inkişaf strategiyasını düzgün təyin edərək ölkəni müvəffəqiyyətli dövlətlərin sırasına gətirdi.
Beynəlxalq analitiklər bununla bağlı qeyd edirlər ki, "Qazaxıstan Prezidentinin fenomeni ondan ibarədir ki, o, hakimiyyətin zirvəsində olaraq, özündə bütün mürəkkəb dövlət proseslərini cəmləşdirir, qorxmadan xalqın, gələcək nəsillərin, tarix qarşısında öz üzərinə nəhəng məsuliyyət götürür”. Görkəmli yazıçı Cingiz Aytmatov N.Nazarbayevə göndərdiyi məktubda yazırdı: "Həyat təsdiq etdi ki, siz yeni sivilizasiyaya çətin zamanda daxil olan xalqla qarşılıqlı əlaqədə olan tarixi şəxs fenomeni ifadə edirsiniz”. 2012-ci ilin dekabr ayının 1-də N.A.Nazarbayev qazaxıstanlıları Qazaxıstan Respublikasının birinci prezidentinin günü münasibətilə təbrik edərək qeyd etmişdi ki, bu gün respublika tarixinə qazaxıstanlıların Ümumxalq Birlik günü kimi düşəcək. "Mən xalqıma onilliklərin möhkəmliyinə görə minnətdaram, bu mənə xalqımın yolunda fədakarcasına fəaliyyət göstərməyə qüvvə verir”. O qeyd etdi ki, "qazaxıstanlıların firavanlığın artmasında, iqtisadiyyatın və təhlükəsizliyin möhkəmlənməsində mən həmişə öz prezident borcumu və vəzifəsinin görürdüm”. "Sizə sülh, xeyirxahlıq, əmin-amanlıq, firavanlıq, yeni əmək nailiyyətlər, Qazaxıstanın çiçəklənməsini arzulayıram”, - deyərək, Qazaxıstanın lideri xalqa müraciət etdi. Qazaxıstan Respublikasının birinci prezidentinin gününü bütün ölkədə genişmiqyaslı tədbirlərlə qeyd etmək ənənəyə çevrilir. İdman yarışları və konsert proqramlarından savayı Qazaxıstanın şəhərlərində sosial layihələr də realizə olunacaq. Regionlardakı iş adamları öz işçilərini mükafatlandıracaq, akimatlar (vilayətlarin, şəhərlərin və rayonların merləri) və yerli hakimiyyət orqanları isə Böyük Vətən müharibəsi veteranlarına, əlillərə və yetim uşaqlara vəsaitlər ayıracaqlar.