“Exchange”lərin ləğvi kobud səhv idi” - Bərpa olunur




"Valyuta dəyişmə məntəqələrinin bağlanması tamamilə kobud səhv idi”.

Bunu Sherg.az-a valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsinə münasibət bildirərkən iqtisadçı ekspert Fuad İbrahimov deyib. 

O bildirib ki, "exchange”lərin ləğvi ilk növbədə "qara bazar”ın fəaliyyətinə şərait yaratdı:

"Bu gün yenidən valyuta mübadilə məntəqələrinin bərpası gündəmə gəlibsə, mən bunu alqışlayıram. Avtomatik "qara bazar”ın fəaliyyəti tamam dayandırılacaq. İkinci isə ölkəmizə gələn turistlərin, qonaqların burada işini asanlaşdıracaq. Valyuta dəyişmə məntəqələrinin olmamağı gələn qonaqları əziyyətə salacaqdı. Məsələn, valyuta mübadiləm məntəqəsi 3 prospekt yuxarıdadır. Nəticədə hər hansı məqsədlə pul istifadə etmək istəyən turistlər çətinlik çəkir. Xarici ölkələrdə bu məntəqələr daha sıx yerləşir. Şərait yaratmaq, optimallaşdırmaq lazımdır. Bu halda ilk növbədə dövriyyənin artımı müşahidə olunacaq, rahatlıq əmələ gələcək. Ona görə, bu layihəni kim irəli sürübsə, alqışlayıram. Son dövr üçün ən əhəmiyyətli addımdır ki, valyutadəyişmə məntəqələri bərpa edilir”.

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun sözlərinə görə, bu məsələ Milli Məclisdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə müzakirə olunub

Aysel Aslan