Ərdoğanla Tramp bu tarixdə görüşəcək




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında görüş mayın 16-17-də Vaşinqtonda keçiriləcək.

Sherg.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti özü bildirib.

İki ölkə liderinin müzakirə edəcəyi əsas mövzunu terrorizmə və İŞİD qruplaşmasına qarşı mübarizə məsələsi təşkil edəcək.