Ölən adamı dərhal basdırmırlar: İllərlə evdə gizlədirlər




İndoneziyanın Sulavesi adasında yer alan Cənubi Sulavesi şəhərində Toraja etnik qrupuna aid ənənə əsrlərdir davam edir.

Sherg.az xəbər verir ki, torajalar ailə üzvləri öldüyü zaman onu dərhal basdırmır. İllərlə evdə gizlədir. Qeyri-adi ənənəni yaşadan ailələrdən biri BBC kanalı tərəfindən ziyarət edilib. Bir tabutun içində üzərində paltarları ilə "yatan” cəsəd Mamak Liza adlı qadının atası Paulo Cirinda - baba ailə üçün hələ də yaşayır. Hər gün səhər və axşam üzərindəki geyimlər dəyişdirilir. Cəsədin çürüməməsi üçün kimyəvi bir qoruyucu maye tətbiq olunur. 12 il əvvəl yaşlı adam xəstələndiyi gündən bu yana evə ziyarətçilər gəlir. Və hələ də adam üçün yemək içkilər gətirirlər. Mamak Liza atasının artıq həyatda olmamağı hissinə hazır olmadıqlarını, ölümü bu şəkildə zamanla qəbul etdiklərini bildirir. Qadın, "Hər gün ziyarətçilər gəlir. Ümid edirəm ki, atam narahat olmur, ya da qəzəbli deyil” -deyə bildirib.

Eyni zamanda uşaqların otaqda qaçıb, oynadığı zamanlarda qadın onları xəbərdar edir ki, sakit olun babanızı narahat etməyin. Ailə dəfn xərcləri üçün yetərli pul yığdığı zaman ölünü basdırmağı planlaşdırır.