Qəbizlik problemi başına bəla oldu - FOTOLAR

Həkimlər 49 yaşlı adamın qarınından dəniz ilanı çıxardılar
Ötən həftə qarın ağrısıyla təcili yardıma müraciət edən 49 yaşlı adamın qarınından çıxanı görən həkimlər şok olub. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir qəbizlik problemi yaşayan adamın sınadığı "qoca arvad” üsulu onu az qala öldürürmüşdü.
Liu adlı çinli kişi qəbizlik probleminin qarşısını almaq üçün xəstəxanaya getdikdə həkimlər ona bağırsaq tıxanması diaqnozu qoyub. Müalicə üçün xəstəxanada qalmasını söyləyiblər. Həkimlərin məsləhətini rədd edən adam, qədim bir müalicə üsulu sınamağa qərar verir. Yarım metrlik dəniz ilanını tıxanmanı açması üçün anal dəlikdən bədəninə daxil edib. Qarnındakı ağrı getdikcə artanda xəstəxananın yolunu tutan adamın daxili orqanları yoxlanıldı. Liunun onikibarmaq bağırsağında dəlik olduğu aydın oldu. Xəstənin bağırsağındakı dəniz ilanını görən həkimlər şok oldu. Yarım metr uzunluğunda və 250 qram ağırlığındakı dəniz ilanı adamın qarınından götürülüb. Liu, əvvəl anal dəliyinə ilanın səhvən girdiyini iddia etdi, ancaq əməliyyatdan sonra gerçəyi etiraf etdi. Dr. Zhao Zhirong deyib ki, Liu xəstəxanaya gəlməsəydi vəziyyətin daha da pis olacaqdı. İlan tapıldığında ölü idi. Liu hələ də xəstəxanadadır.