Ceyran dərisinə yazılmış Tövrat tapıldı




Adanada axtarış aparılan bir yük maşınında, ceyran dərisinə əl yazmalı Tövrat tapıldı. Sherg.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana Polis İdarəsi Qaçaqmalçılıqla Mübarizə (KOMMUNA) Şöbəsinin İdarəsinin briqadaları 01 BJ 684 nömrəli yük maşınında tarixi əsər qaçaqmalçılığı ötürəcəyi haqda məlumat alıb.

Briqadaların, Yürəgir rayonu Kazım Başer məhəlləsində təqib etdikləri yük maşınına 3 nəfər minib. Hərəkət edən maşının yaxalanması üçün hadisə yerinə ən yaxın zirehli yunus qruplarına məlumat verilib. Yunus briqadaları yük maşınını izləməyə başlayıb. Qısa müddət sonra maşın dayananda yunus briqadaları, içərisində Rafiq S. (66 yaş), Cihan M. (34 yaş) və Ömər A.-nın (63 yaş) olduğu avtomobildə axtarış aparıb. Yük maşınında ceyran dərisinə əl yazması ilə köçürülmüş Tövrat tapılıb.

Polis Tövrata əl qoyarkən 3 nəfər saxlanılıb. Şübhəlilər ilk ifadələrində maşında olan Tövratdan xəbərlərinin olmadığını deyib. Polis Tövratı araşdırılması üçün Adana Muzey İdarəsinə göndərib. Burada səlahiyyətlilər apardıqları tədqiqatda ceyran dərisinə əl yazmalı Tövratın həqiqi və baha qiymətləndirilən tarixi əsər olduğunu bildirib. Şübhəlilərin polisdəki sorğusu davam edir.

Aysel