3 qurban əhd etmişdi

Qutudan tək başına iqtidar çıxınca sevindi



İş adamı Sait Kaptan, seçkilərdə rəsmi olmayan nəticələrə görə AKP-nin tək başına iqtidar olmasının ardından əhdini yerinə yetirərək 3 danasını qurban verdi.

Əhdini yerinə yetirərək danaları şəhərdəki bir ət kombinatında kəsdirdi.

Kaptan, "7 iyun seçkilərindən sonra ölkəmizdə gördüyümüz çətinliklər, 1 noyabrda aradan qaldırılmış oldu. Məmləkətimizin sabitliyi və 78 milyon insanın hüzur, dinclik və rifahı üçün 3 qurban əhd etmişdim. Allah bu fürsəti verdi. Yalnız əli silahlı terrorçudan başqa, 78 milyon insanımız adına əhd etdik, xeyirli olmasını diləyirəm” dedi. Qurban ətinin bir hissəsini ehtiyacı olanlara paylayacağını deyən Kaptan, qalan qisimi ilə partiyadaşlarına qonaqlıq verəcəyini ifadə etdi.