Xarici dilin tədrisində yeniliklər olacaq - RƏSMİ




"Təhsilin məzmununda riyaziyyat, informatika, xarici dillərin tədrisi üzrə bir sıra layihələrə başlanılıb".

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin 2016-cı ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxışı zamanı deyib.

M. Cabbarov qeyd edib ki, bu layihələrin bəziləri növbəti həftədən pilot şəklində başlanacaq: "Nümunə olaraq deyə bilərəm ki, ölkədə ilk dəfə olaraq xarici dilin tədrisində dil daşıyıcıları olan ölkələrdə, şirkətlərdə, universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan hazır məhsullardan istifadə imkanlarına baxılacaq. Hazır dərsliklər xarici ölkələrdən alınacaq və yerli mütəxəssislər tərəfindən rəy veriləcək. Bu istiqamətdə bizim islahatlar gələcəkdə də davam edəcək”.
Nazir qeyd edib ki, hazırda məktəblərin idarəetməsində təkmilləşmə yalnız kadr islahatları ilə məhdulaşmamalıdır.

M.Cabbarov onu da vurğulayıb ki, ali təhsil sistemində və digər təhsil pillələrində son illər idarəetmənin qarşısında duran məsələlərin vacibliyi, əhatə dairəsi artıb: "Düşünürəm ki, universitetlərimizi dünya universitetləri ilə rəqabət üçün hazırlamalıyıq. Müvafiq mühit olmayan yerdə təhsil layihəsinin uğurlu olma şansı sıfıra bərabərdir. Mövcud resurslardan daha faydalı istifadə etmək, islahatların keyfiyyəti üçün zəruri olan bütün resursları səfərbər etmək lazımdır”.