Yol polisi 1800 TL cəza kəsdi, o da özünü asdı





Mersinin Silifke qəsəbəsində sürücülük vəsiqəsi və kaskasız, nömrəsi olmayan motosiklet istifadə edən 16 yaşlı Süleyman Acarın həyat hekayəsi ürək sızladır.

Atakent məhəlləsində məskunlaşan Süleyman Acar, iddiaya görə, nömrəsiz motosikletlə gəzərkən yol polisi qrupları tərəfindən dayandırılıb. Sürücülük vəsiqəsi olmayan və kaskasız motosiklet istifadə edən Acara 1800 TL cəza yazılıb. Motosikletinə də həbs qoyulan Süleyman Acar, evə piyada gəlib. Evdə olmayan anası Eşe Acarı telefonla axtaran Süleyman Acar, 1800 TL cəza kəsildiyini söyləyib. İddiaya görə, bir müddət sonra da elektrik kabeliylə özünü asıb. Evə gələn atası Abdullah ilə anası Eşe Acar oğullarının asılı cəsədini görüncə şok yaşayıblar. Hadisə ilə əlaqədar istintaq başlayıb.