Ermənilər yenə atəşkəsi pozub

Düşmən cavab atəşi ilə susdurulub

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.