Rusiyada 3 milyondan çox əcnəbi var

Romodanovski qaydaları pozan miqrantların əksəriyyətinin MDB ölkələrindən olduğunu deyib

Hazırda Rusiya ərazisində üç milyon yarım qanunsuz miqrant var. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın insan haqları üzrə müvəkkillərinin Koordinasiya Şurasının iclasında, Federal Miqrasiya Xidmətinin (FMX) rəhbəri Konstantin Romodanovski açıqlama verib. K.Romodanovski, Rusiya ərazisinə vizasız daxil olmaq imkanından istifadə edən 8,5 milyona yaxın insanın olduğunu söyləyib. Onun sözlərinə görə, miqrantların əksəriyyəti Rusiya ərazisinə qanuni yolla daxil olurlar, amma ölkədə qalmaq müddətini pozurlar. FMX-nin rəhbəri, onların daha çox MDB ölkələri vətəndaşları olduğunu vurğulayıb: "Bizim araşdırmalarımıza görə, Rusiya ərazisində ölkədə qanuni olmaq müddətini başa vurmuş və qeyri-leqal çalışan 3,5 - 3,6 milyon əcnəbi vətəndaş var".

O, həmçinin qeyd edib ki, hər gün avtomatik sistem təxminən üç min qanunsuz miqrantın ölkəyə girişini bağlayır: "Bu gün 410 min xarici vətəndaş üçün giriş bağlıdır.

Qeyd edək ki, bu ilin iyulunda FMX rəhbəri, Rusiyada qanunsuz yaşayan 3 milyon miqrantın olması barədə məlumat verib.